AZ

"Barselona" aparıcı oyunçularından birini satacaq

"Barselona" yayda futbolçusu Frenki de Yonqu satmağa çalışacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Niderlandlı futbolçu hazırda komandada ən çox qiyməti olan və ən yüksək maaş alan oyunçulardandır.

"Barselona" onun satışından gələn gəlirlə bir neçə futbolçunu transfer etmək istəyir.

De Yonqun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 30 oyunda 2 qol vurub.
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla