AZ

Musiala: "Belə rəqabət hər zaman xoşdur"

"Bavariya"nın futbolçusu Camal Musiala açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Almaniya mətbuatına danışan yarımmüdafiəçi "hazırda dünyanın ən yaxşı oyunçusu kimdir" sualına belə cavab verib:

"Mbappe, Keyn və Bellingem möhtəşəm mövsüm keçirirlər. Bir çox futbolçu inanılmaz statistika əldə edib və belə rəqabət hər zaman xoşdur. Elə bir durumdur ki, bir nəfərin adını çəkmək olmur".

Musiala bu mövsüm "Bavariya" ilə 36 oyunda 12 qol vurub.
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla