AZ

Belarus müttəfiqi olan Rusiyaya yalnız öz dəstəyini davam etdirəcəkdir – Hərbi ekspert

Belarus hərbi doktrinasında başqa ölkəyə hücumun yolverilməzliyini təsdiq edib. Belə olan halda maraqlıdır, Belarusiya KTMT-yə üzv ola ölkələrin hər hansı birinə hücum baş verərsə, onun müharibəyə qoşulma ehtimalı nə qədər real görünə bilər.

Hərbi ekspert Ədalət Verdiyev Herbiand.az-a mövzunu şərh edərkən bildirib ki, Belarusiya Ukrayna ilə olan müharibədə Rusiyaya verdiyi dəstəyi gizlətmir. Zamanında Belarusiya ərazisindən Ukraynaya belə qoşunlar göndərilmişdir. Sosial şəbəkədə Qomel şəhərindən bunları təsdiqləyən videogörüntülər də mövcud idi.

Hərbi ekspert indiki vəziyyətdə bu qoşulma ehtimalının daha çox ərazidə baş verən fəaliyyətlərlə bağlı olduğunu vurğulayıb:

“Daha doğrusu Qərbin Polşada nüvə silahı yerləşdirmə ehtimalı ilə paralel olaraq Rusiyanın da Belarus ərazisindən nüvə silahı yerləşdirəcəyinə dair məlumatlar mövcudddur. Hələlik proseslər söz dueli səviyyəsindədir. Deyilənləri təsdiq edən heç bir fakt mövcud deyil. Amma Belarusiyanın Avropa İttifaqı ilə həmsərhəd olması, NATO ölkələrilə birbaşa sərhədlərdə əlaqədə olması təbii ki, onun daha güclü olan Rusiya ilə imkanlarının inteqrasiya etməsi gözlənilən idi. Və bu doktrina dəyişiklikləri daha çox Belarusun təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Düşünmürəm ki, Belarusun kiməsə hücum etmək və ya kiminsə ərazisinə iddia etmək kimi bir niyyəti olsun. Amma hər bir halda təhlükəsizliyini təmin etmək üçün Belarusun Rusiya ilə birgə fəaliyyəti kimsədə təəccüb doğurmalı deyil”.

Ədalət Verdiyevin sözlərinə görə, Belarus yalnız öz ərazisinə real təhdidlər yarandığı halda onun ərazisinə kənar qüvvələrin müdaxiləsi olduğu zaman qoşula bilər.

“Əks halda Belarus bu məsələlərdə müttəfiqi olan Rusiyaya yalnız öz dəstəyini davam etdirəcəkdir”, -deyə o əlavə edib.  

Elnurə İSAXAN  

 

 

 

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla