AZ

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

Kamran

Bakı, 26 aprel, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 26-da Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, vaxtilə ermənilər orada tədqiqat aparıblar. Eləcə də Qərbi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldıqdan sonra, artıq 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutunda xüsusi şöbə yaradıldı. Onun vəzifəsinə xalq musiqisi və folklor nümunələrini toplamaq və tədqiq etmək daxil edildi: “Onların başında “müasir erməni musiqinin atası Komitas” dururdu. Komitas tərəfindən ümumilikdə üç mindən çox mahnı lentə alınmışdı. “Sarı gəlin” mahnısı “Es kes tesa” adı altında təqdim edilmişdi”.

Kamran İmanov toplanılan mahnıların Ermənistan tərəfindən nəşr edilən bütün kitablarda erməni nümunələri kimi göstərildiyini bildirib: “O zaman yığılan folklor nümunələrimiz mənimsəmənin birinci addımı idi”.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla