AZ

Alın şüşəsinə yapışan həşəratları təmizləməyin ASAN YOLU

Artıq havalar kifayət qədər istiləşib və həşəratlar da aktivləşib. Bunu uzaq yola çıxan sürücülər daha aydın hiss edir. Uzaq səyahətdən sonra həşəratlar alın şüşəsinə çırpılıb tələf olur və burada quruyub qalır. 

Avtosfer.az xəbər verir ki, bir çox sürücü bunu təmizləməyin qaydasını bilmir, nəticədə alın şüşəsi cızılır. Lakin sadə bir üsul var: alın şüşəsinə qazlı su töküb bir neçə dəqiqə gözləyin. Sonra isə şüşəni adi su ilə yuyun. Nə cızıq olacaq, nə də iz qalacaq.
Bir vacib məqam: şüşəsilənlərin rezini də qulluq tələb edir. Bu qulluğun ən sadə üsulu onları həftədə bir dəfə nəm parça ilə silməkdir. Əks halda rezinlə şüşə arasına dolan qum həm rezini, həm də şüşəni korlayacaq.

Vüqar

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla