AZ

“RehaBus” layihəsi çərçivəsində əlilliyi olan 1410 şəxsə xidmət göstərilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində əlilliyi olan 1410 şəxsə xidmət göstərilib.

 

Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.

 

Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmağa xidmət  edən layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir.

 

Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunda əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

 

Reabilitasiya proseduru bitdikdən sonra isə onlar yenidən geri qaytarılırlar.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla