AZ

Əvvəllər ölümcül olan xəstəliyin hazırda müalicəsi mümkündür -Bu əlamətlər varsa...

Addison xəstəliyi bədənin kifayət qədər müəyyən hormonlar istehsal edə bilmədiyi zaman baş verən nadir bir xəstəlikdir.

Medicina.az Addison xəstəliyinin əlamətlərini təqdim edir:

Addison xəstəliyi adrenal vəzlərinin kifayət qədər ifrazat istehsal etməməsi nəticəsində yaranır. Bu xəstəlik “Hipoadenokortisizm” kimi də tanınır.

1855-ci ildə Tomas Eddison tərəfindən təsvir edilən Addison xəstəliyi otoimmün, vərəm və ya göbələk infeksiyası nəticəsində böyrəküstü vəzilərin qabıq (korteks) hissəsinin zədələnməsi ilə əlaqədardır.

Xəstəlik zəiflik, qan azlığı, arıqlama, mədə-bağırsaq pozğunluğu, qan təzyiqinin aşağı düşməsi, dərinin qaralması, bəzi xəstələrdə isə həddindən artıq əsəbilik və həssaslıq ilə inkişaf edir. Aşağı qan təzyiqi, qanda natrium səviyyəsinin aşağı olması, kortizol və adrenalin səviyyələrinin normadan az olması Addison xəstəliyinin diaqnozu üçün əhəmiyyətli əlamətlərdir.

Qeyd edək ki, bu xəstəlik əvvəllər ölümcül olsa da, bu gün əsasən sintetik hormonlarla müalicə olunur.


Aysel


Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla