AZ

ABŞ Ukrayna münaqişəsini əvvəlcə yaradıb, indi isə məqsədyönlü şəkildə sürükləyir – Şoyqu

Ukraynadakı münaqişə Vaşinqton tərəfindən törədilib və bu gün o, onu fəal şəkildə uzadır. Və bununla da qlobal dominantlıqdan yapışmaq üçün heç nədən əl çəkməyəcəyini göstərir.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müdafiə nazirləri şurasının iclasında bildirib.

Şoyqu ABŞ-ın əvvəlcə Ukrayna münaqişəsinə səbəb olduğunu, indi isə məqsədyönlü şəkildə onu sürüklədiyini diqqətə çatdırıb.

“Məqsədlərinə çatmaq üçün Vaşinqton öz tərəfdaşları da daxil olmaqla, görünməmiş təzyiqlər edir, onları öz vəzifəli xidmətçilərinə çevirir”, - deyə o əlavə edib.

Elnurə İSAXAN

 

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla