Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
20-ci turun görüşləri mayın 2-də Bakı İdman Sarayında keçiriləcək.
“Record” yarışdan kənarlaşdırıldığına görə, “Baku Fire” 3 xalı meydana çıxmadan qazanacaq.
Digər iki matçın başlama saatını diqqətinizə çatdırırıq:
Yüksək Liqa
20-ci tur
2 may
Neftçi İK – Yasamal Bakı
Bakı İdman Sarayı. Saat 11:45.
Araz-Naxçıvan – U-19
Bakı İdman Sarayı. Saat 14:00.