AZ

“AFFA-dan reqlamentlə bağlı veriləcək qərarı gözləyirik” – “Qəbələ” azarkeşləri

Ölkə kubokunun yarımfinalında “Zirə”yə uduzan “Qəbələ” yeganə ümid yerini də itirdi. Matçdan sonra “qırmızı-qaralar”ın azarkeşləri sosial şəbəkə hesabında klubu tənqid atəşinə tutur, narazılıqlarını bildirirlər. Görünür, onlar nəticənin belə olacağını gözləmirmiş. Bu halda azarkeşlerin hansı addım atacağı maraq doğurur. Çünki “qırmızı-qaralar” növbəti 5 tur ərzində doğma azarkeşlərinin dəstəyinə ehtiyac duyur.

Bəs “Red-Black Army” dünənki nəticədən sonra komandasını dəstəkləməyə davam edəcəkmi? Yoxsa başqa fanklublar kimi boykot yolunu tutacaq?

Bu suallara cavab almaq üçün “Red-Black Army” fanklubunun idarəçilərindən biri Nəriman Təbrizlə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında komanda sayının artırılması ilə bağlı AFFA-nın qərarını gözlədiklərini bildirdi:

“Danışılacaq çox söz yoxdu. Komandanın sonuncu yer tutacağı məlumdu. İndi boykot haqda düşünmürük. Bu qərar yersiz olar. Çünki indiki məqamda heç nəyi dəyişməyəcək. AFFA-dan reqlamentlə bağlı veriləcək qərarı gözləyirik. Ondan sonra bir yerə yığılıb, qrup şəklində müzakirələr aparacağıq”.

Nəriman bəy “Qəbələ”ni elitadan düşəcəyi təqdirdə də dəstək olmağa davam edəcəklərini qeyd etdi:

“Bu mövsüm komandamız üçün uğursuzdu. Çox güman kamanda 1-ci divizyonda oynasa, azarkeşlərin çoxu qrupu tərk edəcək. Bu hər klubda belə olur. Yəni uğursuz gedişat tamaşaçı sayına çox təsir edir. Ancaq bunun “Red-Black Army” azad azarkeş qrupuna aidiyyəti yoxdu. 5 nəfər də olsaq, 100 nəfər də olsaq divizyondada oynayada kamandanı dəstəkləyəcəyik. Lazım olanda dəstək, lazım olanda tənqid, lazım olanda etiraz edəcəyik. Ancaq kamandanı tək buraxmayacağıq”.

RÖYANƏ OĞUZ
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla