AZ

"Azericard" ilə strateji tərəfdaşlıq yeni innovativ həllərə yol açacaq

"Vergiler.az" xəbər verir ki, bu fikri “Mastercard”ın Azərbaycan üzrə meneceri Emil Zeynalov jurnalistlərə açıqlamasında səsləndirib. Bildirib ki, tərəfdaşlıq çərçivəsində inklüziv maliyyə məhsulları və xidmətləri, eləcə də daha yaxşı istifadəçi təcrübəsi yaratmaq üçün “Mastercard”ın qlobal bilik və bacarıqlarını “Azericard”la bölüşməsi müsbət nəticələr verəcək.

E.Zeynalov deyib ki, banklarla əməkdaşlıq çərçivəsində onların mobil proqramları ilə inteqrasiya başladaraq “Masterpass” texnologiyasının əhatəsini daha da genişləndirmək planlaşdırılır:

"2023-cü ildə biz “Masterpass”ı Azərbaycanın ən böyük banklarından birinin mobil proqramının tərkibində təqdim etdik. Bu il isə daha 3 bankla layihəyə davam etmək hədəflənib. Bununla yanaşı, NFC ödənişlərini stimullaşdıran kampaniyalarla, “Apple Pay” və “Google Pay” xidmətlərinə daha çox bank əlavə etməklə tokenizasiyaya sərmayə qoymağa davam etməyi düşünürük".

Qeyd olunub ki, “Mastercard”ın, premium xidmətlər də daxil olmaqla” səyahətçi seqmenti üçün yeni təkliflər təqdim edəcəyi gözlənilir.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla