AZ

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Tərcümə

Bakı, 26 aprel, AZƏRTAC

Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı Non/fictioN(bahar) beynəlxalq sərgi– yarmarkasının uşaq ədəbiyyatı top siyahısına daxil edilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında nəşr olunan kitaba yazıçının “İnadkarlar şəhərinin sirri”, “Sehrli zər”, “Əfsanənin ikinci həyatı” kimi nağılları daxil edilib.

Kitabın redaktorları Mərkəzin rus dili üzrə mütəxəssisi Püstə Axundova və rusiyalı ədəbiyyatşünas alimi Yuri Fridşteyndir.

Qeyd edək ki, 1999-cu ildə təsis edilmiş Rusiya Beynəlxalq İntellektual Ədəbiyyat Kitab Sərgisində bədii, publisistik, elmi-kütləvi, uşaq, memuar ədəbiyyatı və digər janrlar üzrə ədəbi kitablar sərgilənir. Ən oxunaqlı yeni nəşrlər isə yarmarkanın ənənəsinə uyğun olaraq top siyahılar şəklində sərginin mərkəzi hissəsində təqdim edilir.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla