AZ

Ailəsinin İrəvandan bir yalan mesajı ilə Vardanyan aclığı dayandırdı - guya dünya onu müdafiə edirmiş...

Azər Həsrət: “Vardanyanın oğlu elə bilir ki, dünyanın işi-gücü qurtarıb, bunun atası ilə məşğul olur, ondan soruşan yoxdur ki, sənin atan kim olub ki…”Separatçı Vardanyanın oğlu David Vardanyan atası ilə bağlı açıqlama verib. O, atası ilə danışdığını və bütün dünyanın onunla maraqlandığını deyib. Bildirib ki, guya beynəlxalq ictimaiyyət, dünya Vardanyanın azad olunması üçün onunla maraqlanır.Hətta Vardanyanın azad olunması üçün Azərbaycana təzyiq edilir. Vardanyan da dünyanın onunla maraqlandığını nəzərə alaraq aclıq aksiyasını dayandırıb.Vardanyanın oğlunun məlum açıqlaması əsassızdır. Bu şəxslə bağlı Azərbaycana heç bir təzyiq edilmir. Çünki o, beynəlxalq ictimaiyyət üçün önəmli şəxs sayılmır.“Vardanyan xalqlar arasında nifrət yaradan, separatçılığı yayan, Azərbaycanın təbii sərvətlərini talayan cinayətkar olub, bu şəxsə görə dünya niyə narahat olmalıdır?”Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki ki, bir zamanlar Ruben Vardanyan özünü böyük görürdü və ölkəmizə qarşı əks çağırışlar edirdi. Ona yerini bilməsi və ağıllı olmaq tövsiyə edildi: “Ancaq Vardanyaan öz bildiyini etdi və nəticə göz qabağındadır. Qarabağdakı ermənilərin faciəsinə səbəb məhz Vardanyandır. Vardanyanın inadkarlığı üzündən Qarabağdakı ermənilər məhv oldu. Onun boş, mənasız iddialarına görə Qarabağ erməniləri çətin vəziyyətə düşdü. Bu şəxs Azərbaycan kimi güclü dövləti qarşısına aldı. Indi oğlu da atasının yolunu gedir. Ot kökü üstə bitər məsəli burda deyilir. Vardanyanın oğlu elə bilir ki, dünyanın işi-gücü qurtarıb, bunun atası ilə məşğul olur. Ondan soruşan yoxdur ki, sənin atan kim olub, nə işlər görüb ki, bütün dünya, beynəlxalq ictimaiyyət onun azad olması üçün Azərbaycana təzyiq etsin? Vardanyan xalqlar arasında nifrət yaradan, separatçılığı yayan, Azərbaycanın təbii sərvətlərini talayan cinayətkar olub. Bu şəxsə görə dünya niyə narahat olmalıdır? Bir balaca ağılları olsa idi, Azərbaycan dövləti ilə anlaşardı, atasının cəzasının yüngülləşməsi üçün doğru addım atardı. Ancaq Vardanyan və onun ailə üzvləri yenə öz bildiklərini etməkdə davam edir”.Günel CƏLİLOVA

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla