AZ

Hüquq və İnsan Haqları İnstitutu icra hakimiyyətinin əməkdaşları üçün təlim keçdi - FOTO

Hüquq və İnsan Haqları İnstitutu aprelin 26-da Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularında təlim keçirib.

E-huquq.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev İnstitutun təlimlər keçirmək təşəbbüsünü dəstəklədiyini, həmçinin bu təlimlər sayəsində gələcəkdə icra hakimiyyətlərində sürətli və nöqsansız fəaliyyətə nail olunacağına inandığını bildirib.

İnstitutun İdarə Heyətinin sədr müavini Vəfaddin İbayev çıxışında İnstitutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verib, eyni zamanda qarşıda duran hədəflərdən bəhs edib.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, təlimçi Vüsalə Muradxanlı, həmçinin şöbənin əməkdaşlarından təlimçi-ekspertlər Heydər Həsən oğlu Əliyev və Ülvi Abbasov təqdimatla çıxış ediblər.

Təlimdə vətəndaşların müraciətlərinə baxılması, ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, dövlət qulluğu və korrupsiya, korrupsiya ilə əlaqədar yerli və beynəlxalq qanunvericiliyin müqayisəli təhlili, habelə dövlət idarəçiliyinin səmərəliliyinə informasiya təminatının təsiri və digər mövzulara toxunulub.

Sonda təqdim edilən mövzular ətrafında müzakirələr aparılıb və təlimin qiymətləndirilməsi keçirilib. 28 nəfər təlim iştirakçısına sertifikatlar təqdim olunub.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla