AZ

“Avropa futbolu üçün səmərəli tədbir olduğunu düşünürəm” – “Zirə” rəsmisi

“ECA Club Connect” layihəsi çox geniş coğrafiyanı əhatə edir. Təxminən Avropanın 300-ə yaxın klubundan nümayəndələr tədbirdə iştirak etdi. İki gün davam edən tədbirdə futbolda kommersiya və davamlılıq mövzularında bir çox böyük Avropa klubunun və ECA mütəxəssislərinin çıxışı oldu. Olduqca dəyərli məlumatlar çatdırıldı, eyni zamanda mütəxəssislər bəzi sualları da cavanlandırdı”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin baş meneceri Elman Himayətoğlu İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Klublar Assosiasiyasının əlaqələndirmə qruplarının görüşlərində iştirakı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Tədbirin əsas məqsədlərindən biri də Avropa klubları arasında ünsiyyət yaratmaq, əlaqələri gücləndirmək və təcrübə mübadiləsinə nail olmaq idi. Klubların nümayəndələri sərbəst şəkildə bir birləriylə görüşür və maraqlı müzakirələr edirdilər. Avropa futbolu üçün səmərəli tədbir olduğunu düşünürəm. Ümumiyyətlə, ECA xüsusilə son illərdə üzvlərinin sayını sürətlə artırıb və Avropa futbolunun, klubların inkişafı üçün müsbət addımlar atır”.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla