AZ

BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Tullantıdan sənətə” muzeyində olublar.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
“Tullantıdan sənətə” muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. Muzeydə “Tullantıdan sənətə” beynəlxalq sərgisində nümayiş olunan əsərlər sərgilənir. Tələbələrə məlumat verilib ki, muzey və keçirilən sərgilər geniş ictimaiyyətin diqqətini təhlükəli, bəzən qarşısıalınmaz ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır. Burada yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əlləri ilə “ikinci həyat” tapıb.
 
Sonra isə tələbələr “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki qala divarları və XIV-XV əsrlərdən qalma müxtəlif arxeoloji tapıntılarla tanış olublar.
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla