AZ

Elza Seyidcahan: "Zaur və Elgiz mənə pul verir"

"Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə öz dostlarım, aparıcılar Zaur Baxşəliyev və Elgiz Əkbər məni dəyərləndirirlər, pul verirlər".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan MTV Azərbaycan kanalında yayımlanan "Tarixin bir günü" verilişində deyib.

Verilişin aparıcısı Tarix Əliyev isə əməkdar artisə etiraz edərək "Elgiz Əkbər sizə pul verib, hansı efirdə sənətinizdən danışıb? Həmişə qalmaqal etmisiniz. Bacınızı efirə gətirib, qırğın çıxardı. Sizdən reytinqə görə istifadə etdilər",-deyib.

Elza Seyidcahan isə Tarix Əliyevə etiraz edib: "Niyə sənətimdən danışmayıb ki? Onlar da olub. Elgiz Əkbər mənim solo konsertimi təşkil edib".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla