AZ

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Birinci

Bakı, 26 aprel, AZƏRTAC

“Çıxışımızdan razı qaldıq. Lakin daha da yaxşısını edə bilərdik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan çempionatı və Bakı birinciliyində qadın qrupunda birinci yeri tutan yığma üzvü Sofiya Babayeva deyib.

İdmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevincli olduğunu bildirib: “Çox həyəcanlı idik. Yarışa Dünya Kuboklarına hazırlıq məqsədilə qatılmışdıq. Qalib gəlməklə öz gücümüzü göstərdik”.

O, növbəti yarışlarda da birinci yeri tutmağı arzuladığını söyləyib: “Ölkə çempionatı bu il qatıldığımız ilk yarış oldu. Birincilikdən sonra müxtəlif nüfuzlu turnirlərdə öz gücümüzü sınayacağıq. Qalib gəlmək elə də asan olmayacaq. Rəqiblərimizlə bir yerdə məşq edirik. Bir-birimizin potensialına bələdik. Belçika və ABŞ-dan olan idmançılar çox güclüdür. Buna baxmayaraq, biz də öz fərqimizi ortaya qoymaq niyyətindəyik”.

Qeyd edək ki, iki gün davam edən Azərbaycan çempionatı və Bakı birinciliyində ümumilikdə 71 idmançı iştirak edib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla