AZ

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb.

BiG.AZ xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlər müzakirə olunub. Hər iki tərəf bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin və vaxtaşırı məsləhətləşmələrin vacibliyini vurğulayılbar.

Mənbənin sözlərinə görə, həmsöhbətlər çoxtərəfli gündəliyə aid məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, Ermənistan və Serbiyanın xarici işlər nazirləri də regional məsələlərə toxunublar.


BiG.Az
Seçilən
82
49
Mənbələr
Şərh ()
Bağla