AZ

“Bakının tələbi dəyişməzdir, Zəngəzur dəhlizi…” - Abramyan

Azərbaycanın Ermənistana Zəngəzur dəhlizi tələbi dəyişməz olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrant Ter-Abramyan deyib.

“Azərbaycanın sülh müqaviləsi bağlamaq tələbləri dəyişməzdir və qüvvədə qalır. Həmin tələblər arasında Ermənistan konstitusiyasının dəyişdirilməsi, kommunikasiya məsələsi, yəni Zəngəzur dəhlizi və sair daxildir. Xüsusən də Zəngəzur dəhlizi bu tələbin mərkəzində yer alır”, - ekspert bildirib.

Abramyanın sözlərinə görə, Zəngəzur dəhlizi indi hər kəsin marağındadır - Azərbaycanın da, Qərbin də, Rusiyanın da:

“Yeri gəlmişkən, Ermənistan kommunikasiyaların açılması tələbindən başqa heç nə qalmayan 10 noyabr razılaşmasından çıxmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla