AZ

İspaniya Kral Futbol Federasiyasına yeni prezident təyin edildi

İspaniya Kral Futbol Federasiyasının (RFEF) yeni prezidenti öz hüquq və səlahiyyətlərinin icrası üçün rəsmən təsdiqlənib.

Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən məlumat verir.

Pedro Roça İspaniya futbolunu idarə edən ali qurumu təşkil edən assambleya üzvlərinin əksəriyyətinin dəstəyini aldıqdan sonra bu gün İspaniya Kral Futbol Federasiyasının yeni prezidenti seçilib.

Proses bu gün səhər saatlarında iclası keçirən Seçki Komissiyasının razılaşdırdığı prosedura və bu seçkilər üçün müəyyən edilmiş vaxt cədvəlinə uyğun olaraq aparılıb.

İspaniya idman federasiyaları üçün seçki proseslərini və İspaniya Kral Futbol Federasiyasının seçki qaydalarını tənzimləyən 25 yanvar tarixli EFD/42/2024 sərəncamına əsasən, Seçki Komissiyası dərhal bu qurumun prezidenti olacaq namizədin birbaşa elan edilməsinə keçib.

Xatırladaq ki, qurumun əvvəlki, sabiq prezidenti Luis Rubiales Cennifer Ermoso ilə məlum “öpüş qalmaqalı”na görə vəzifəsindən istefa verməli olub.

Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023-cü il FIFA Dünya Kubokunun qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi mərasimi zamanı Luis Rubiales Cennifer Ermosonun dodaqlarından busə alıb. Bu hadisədən sonra Rubiales ictimai qınağa məruz qalıb. Üstəlik, bu hadisə Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefası ilə nəticələnib. FIFA isə onun 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verib.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla