AZ

Azərbaycanda ana qaraciyərini 8 aylıq körpəsinə verdi - TƏFƏRRÜATVİDEO

Bir tərəfdə 28 yaşlı ana, digər tərəfdə isə onun həyatla ölüm arasında mübarizə aparan 8 aylıq körpəsi... Bir ailənin 2 üzvünün taleyinin həll olunduğu 10 saatlıq ağır əməliyyat...

Xezerxeber.az xəbər verir ki, Bakıda ana oğlunun həyatda qalması üçün qara ciyərinin bir hissəsini ona verib. Orqan transplantasiyası paytaxtda özəl xəstəxənaların birində həyata keçirilib.

Əməliyyatı icra edən həkim Mircəlal Kazımi deyir ki, proses uğurla yekunlaşsa da, olduqca həyəcanlı keçib.

Həkimin sözlərinə görə 8 aylıq körpə bir neçə prosesdən keçərək nadir hallarda görünən əməliyyata hazır vəziyyətə gətirilib.

Hər iki xəstənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Böyük vəsait tələb edən əməliyyat icbari tibbi sığorta hesabına həyata keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
52
4
Mənbələr
Şərh ()
Bağla