AZ

İsrailin milli təhlükəsizlik nazirinin maşını aşdı - VİDEO

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin xidməti avtomobili aşıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Qəza nəticəsində yaralanan Ben-Qvirin yaxınlıqdakı xəstəxanaya aparıldığı və vəziyyətinin ağır olmadığı bildirilib.

Sosial mediada yayılan görüntülərdə Ben-Qvirin avtomobilinin başqa bir nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra tərs çevrildiyi görünür.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla