AZ

Kremlin sözçüsü Avropa Parlamentini “rusofob maşın” adlandırıb

Avropa Parlamenti daxili ziddiyyətlərlə dolu maşına çevrilib və davamlı olaraq boş bəyanatlar verir.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Parlamentinin prezident seçkilərinin nəticələrini tanımaqdan imtinaya çağıran qətnaməsini şərh edərkən deyib.

“Avropa Parlamenti daxili ziddiyyətlərlə doludur və uzun müddətdir ki, hərəkətləri əsasən rusofobiyaya əsaslanan qərəzli bəyanatlar generatoruna çevrilib”, - deyə Peskov əlavə edib.

Elnurə İSAXAN

 

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla