AZ

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Fransada

Bakı, 26 aprel, AZƏRTAC

Fransanın şimalındakı Kale şəhərində yol qovşağında Almaniya və Fransadan olan məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, bu barədə “La Voix du Nord” qəzeti məlumat yayıb. Bildirilib ki, qəzada 26 məktəbli yaralanıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır və o, Kale xəstəxanasına yerləşdirilib. Ümumilikdə avtobuslarda yüzdən çox orta məktəb şagirdi olub.

Seçilən
53
7
Mənbələr
Şərh ()
Bağla