AZ

“Aqrar Sığorta” özünə gələ bilmir - 2,2 milyonluq AZALMA

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin yığımlarında azalma davam edir. 

İqtisadiyyat.az-ın hesablamasına görə, sığorta şirkətinin topladığı sığorta haqları 2024-cü ilin yanvar-mart aylarında 7,35 milyon manat təşkil edib. 

Bu da illik müqayisədə 23,2% və ya 2,22 milyon manat azdır. Belə ki, 2023-cü ilin ilk rübündə müştərək sığorta şirkəti 9,58 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Bu dövrdə “Aqrar Sığorta” şirkətinin ödənişləri isə  2,1 dəfə və ya 953 min manat artaraq 1,75 milyon manata yüksəlib. 2023-cü ilin ilk rübündə sığorta şirkəti 799 min manat ödəniş həyata keçirmişdi. 

Sığorta yığımlarının azalması və ödənişlərin kəskin artması “Aqrar Sığorta” şirkətinin zərərliliyini, yəni ödəniş-yığım nisbətini kəskin artırıb. 

2023-cü ilin yanvar-mart aylarında sığorta şirkəti topladığı hər 100 manatın 8 manatını ödənişə yönəldibsə, bu ilin ilk üç ayında bu rəqəm 23,8 manata yüksəlib. 

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.

Seçilən
97
50
Mənbələr
Şərh ()
Bağla