AZ

“Bakının yeri məndə ayrıdır”

Türkiyəli müğənni Yalının Bakıdakı konsertinin 2-ci günü gerçəkləşib.

OLAY yazır ki, “Anadolu Events”in təşkilatçılığı ilə Bakı Konqress Mərkəzində baş tutan gecələr anşlaqla keçib. İfaçı ümumilikdə 6600 insanın qarşısında çıxış edib. 

Gecədə sənətçi Bakının onun üçün ayrı bir yeri olduğunu söyləyib:

“İlk konsertim ağlımda və qəlbimdə elə bir yer etdi ki… Bu dəfə gələndə çox həyəcanlı idim. Bakının yeri qəlbimdə bir ayrıdır. Bakı konsertlərinin yeri ayrı olur. Mənimlə bərabər yaşlandığınız üçün hər birinizə tək-tək təşəkkür edirəm. Yaxşı ki, varsınız. Azərbaycanda bir anda hər kəs ayağa qalxıb rəqs edir, mahnı bitən kimi hamı oturur. Həm əylənmək istəyən, həm də son dərəcə kübar bir izləyicisiniz. Arxada oturanlara hörmət edirsiniz”.

Seçilən
84
1
Mənbələr
Şərh ()
Bağla