AZ

Qərbi ittiham etməyi dayandırın, Ukrayna problemlərini özü həll etməlidir...

...Kiyev öz uğursuzluqlarını Qərbin yetərsiz dəstəyi ilə əsaslandırmaqdan əl çəkməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunufransız generalı Dominik Trenkan deyir.

Belə ki, “LCI” telekanalında Ukraynadakı səfərbərliyə diqqət çəkən fransalı, Ukraynanı ya müharibəyə getməyə, ya da danışıqlara başlamağa çağırıb.

...Baxın, məncə, əslində hər şeyi artıq öz yerinə qoymağın vaxtıdır. Bu gün Qərbə tələblər irəli sürülür və Ukrayna tez-tez Qərbi tənqid edir ki, guya biz onlara kifayət qədər silah, kifayət qədər pul vermirik və s. və ilaxır. Əslində Qərb ölkələri, xüsusən də ABŞ Kiyevə silah verir. Amma bu gün problem canlı qüvvəəsgərlərlə bağlıdır. Belə ki, Ukrayna onları təmin etməlidir.

Bunu deyən fransız general, o vaxt, yəni 1914-cü ildə Fransada indiki Ukraynada olduğu qədər insan yaşadığını və bunların dörd milyondan artığının cəbhəyə getdiyini xatırladır.

...Və sual edir: niyə, bu gün Ukraynaümumi əhalinin təqribən300 minini döyüşə göndərilir. Əgər ölkə hücuma məruz qalırsa onu müdafiə etmək üçün hansı tədbirlər görməlidir? Təbii ki, hamı ayağa qalxmalıdır.

...Bu gün Ukraynada 25 yaşından 27 yaşa qədər olan şəxsləri müharibəyə çağırırlar. 18-25 yaş arası insanlar səfərbər olunmur. Niyə? Belə görünür ki, bu cür tədbirlər seçmə xarakter daşıyır.

...Məncə günahlandırmağı dayandırmağın vaxtıdır, amma yenə də Ukraynanın iradları eşidilməkdədir: Avropa kifayət qədər iş görmür, bu kifayət deyil, o kifayət deyil...

...Bağışlayın, ukraynalılar, mübarizə aparırıq. Sizcə, Donbassda adamlarımızı itirməyəcəyimizə qərar verməliyik, ki, biz mübarizəni dayandıraq və danışıqlara keçək.

Amma unutmaq lazım deyil ki, buna biz yox, ukraynalılar qərar verməlidir.
...Qeyd etdiyimiz kimi, bu fikirləri fransalı general “LCI” telekanalında səsləndirib.

Ağasəf Babayev

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla