AZ

“Qalatasaray” səfərdə darmadağınla qalib gəldi

Bu gün Türkiyə Superliqasında 34-cü tura start verilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" öz meydanında lider "Qalatasaray"la qarşılaşıb.

Turun açılış matçı son çempionun inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, "Qalatasaray" 93 xalla 1-ci, "Adana Demirspor" isə 41 xalla 11-ci pillədə qərarlaşıb.

"Adana Demirspor" - "Qalatasaray" - 0:3

Qollar: Ziyeş, 53, Demirbay, 64, İkardi, 90+1


Telegram kanalımız
Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla