AZ

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

Türkiyə

İstanbul, 27 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli bildirib.

Məlumata əsasən, qrafiklərin uyğunsuzluğu səbəbindən təxirə salınan səfər hər iki tərəf üçün əlverişli olacaq tarixdə reallaşacaq.

Müşavir Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam edəcəyini deyib.

Seçilən
48
40
Mənbələr
Şərh ()
Bağla