AZ

A Seriyası: “Monpelye” və “Nant”dan hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Monpelye” doğma meydanda “Nant”la qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Görüşün taleyi elə ilk 7 dəqiqədə həll olunub.

31-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
31-ci tur
26 aprel

Monpelye – Nant 1:1
Qollar: Adams, 2 – Abline, 7.

27 aprel

23:00. PSJ – Havr

28 aprel

15:00. Mets – Lill
17:00. Klermon – Reyms
17:00. Loryan – Tuluza
17:00. Strasburq – Nitsa
19:05. Renn – Brest
21:00. Olimpik (Lion) – Monako
23:00. Olimpik (Marsel) – Lans

Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla