AZ

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

Bakı, 27 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr edilmiş “Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun Sənayenin təşkili və idarəetmə və Mexanika kafedralarının birgə təşkilatçılığı ilə keçirilən görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova “Əsrin müqaviləsi”nin tarixindən danışıb. Qeyd edib ki, bu müqavilə yalnız Azərbaycanın iqtisadiyyatı və enerji sektoru üçün deyil, bütövlükdə dünyanın enerji siyasəti üçün çox böyük əhəmiyyət kəsb edir. Tarixi əhəmiyyətli müqavilənin imzalanmasının Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə mümkün olduğunu söyləyən E.Hüseynova uğurlu neft strategiyası sayəsində Azərbaycanın müasirləşdiyini, yeniləndiyini, gücləndiyini, iqtisadi inkişafının təmin edildiyini və ən əsası əhalinin yaşayış səviyyəsinin daha da yüksəldiyini vurğulayıb.

Mövzu ilə əlaqədar videoçarx nümayiş edildikdən sonra məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seçilən
153
Mənbələr
Şərh ()
Bağla