AZ

“Liverpul”un yeni baş məşqçisi bəlli oldu

“Liverpul” və “Feyenoord” Niderland klubunun baş məşqçisi Arne Slotun komandadan vaxtından əvvəl ayrılmasına görə təzminatla bağlı razılığa gəlib.

O, bu mövsümün sonunda mersisaydlılara rəhbərlik edəcək.

Xatırladaq ki, İngiltərə komandasının hazırkı baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda postunu tərk edəcək.

Slotun “Feyenoord” ilə cari əmək müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.

45 yaşlı mütəxəssis 2021-ci ilin yayından Niderland klubu ilə işləyir. Bu müddətdə onun rəhbərliyi altında “Feyenoord” bütün turnirlərdə 145 matçda iştirak edib, 94 dəfə qalib gəlib, 27 dəfə heç-heçə edib, 24 dəfə isə məğlub olub.

Mənbə: championat.com

Seçilən
133
1
Mənbələr
Şərh ()
Bağla