AZ

Bahar Candanın bacısı sərbəst buraxıldı

Sosial media fenomeni Nihal Candan azadlığa buraxılıb. 

Çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunan Nihal həbsxanada aclıq aksiyası edib. Bu səbəbdən onun çəkisi 37 kiloqrama düşüb. Fenomenin müalicəsinin həbsxanada aparılması mümkün olmadığı üçün o azadlığa buraxılıb.

Nihalla yanaşı həbs edilən bacısı Bahar Candan isə həbsxanada qalıb.

Qeyd edək ki, nəqliyyat vasitələrini ucuz qiymətə sataraq insanları aldadan dəstə həbs edilərkən, hadisədə Bahar və Nihal Canda bacılarının da adı hallanıb. Nihal Candanın keçmiş sevgilisi Onur Apaydın da hadisədə yer alanlardan olub. Belə ki, Bahar və Nihal Candan son aylarda zərərçəkmişləri sakitləşdirmək üçün onlarla lüks restoranlarda görüşüb. Onlar çirkli pulların yuyulmasında ittiham olunublar. 

Seçilən
102
1
Mənbələr
Şərh ()
Bağla