AZ

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb

Ekvadorun Pastasa əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə Ekvadorun Silahlı Qüvvələri “X”də xəbər yayıb.

"Ekvador Ordusu ictimaiyyətə təəssüflə xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin meyitlərinin aşkar edildiyini bildirir", - açıqlama vurğulanır.

Qeyd olunur ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırmış.

Hərbçilər qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradıblar.

Seçilən
107
3
Mənbələr
Şərh ()
Bağla