AZ

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Cənubi

Bakı, 27 aprel, AZƏRTAC

Cənubi Afrikanın Qautenq əyalətinin məhkəməsi dələduzluqda təqsirli bilinən 9 nəfəri 10 min 939 il müddətinə azadlıqdan məhrum edib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Məhkum olunanlar çirkli pulların yuyulması, dələduzluq, sənədlərin saxtalaşdırılması və digər cinayətlərdə iştirak da daxil olmaqla, 391 maddə ilə ittiham olunublar. Ən uzun cəzanı 59 yaşlı Jeremiah Nyasha Musiwacho Dube alıb - 3378 il. Lakin məhkəmə qərarında qeyd olunub ki, cəzanı yüngülləşdirən hallara görə o, 65 il həbsdən sonra azadlığa çıxa bilər. Ən yüngül cəzanı isə Bonqani Mbonani alıb. O, 42 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla