AZ

Şəkidə yola qəfil çıxan inək ağır qəzaya səbəb oldu – FOTO

Şəkidə yol nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. “NİVA” markalı avtomobilin qarşısına qəflətən çıxan inək ağır qəzaya səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Baş Göynük kənd sakini Şəfaət Musayevin idarə etdiyi “NİVA” markalı avtomobil axşam saatlarında iribuynuzlu heyvanı vurub.

Nəticədə avtomobilin sürücüsü 54 yaşlı Şəfaət Musayev və sərnişin 47 yaşlı Vüqar Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzada yaralanan hər iki şəxs dərhal Təcili Tibbi Yardımla briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan hər iki şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir. Onların müayinə və müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla