AZ

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçüntəsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusundakeçirilən komanda-qərargah təlimləri başa çatıb.

Trend bu barədə MüdafiəNazirliyinə istinadən xəbər verir.

Ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolmavəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat vətəyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidəaçılması və maskalanması təmin olunub.

Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlərxəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən,qəbul edilmiş qərarlara dair komandirlərin məruzələridinlənilib.

Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütüntapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının,qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəbşəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin dahada təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbiqulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər.

Azərbaycan
Məqalədə:
Seçilən
9
32
Mənbələr
Şərh ()
Bağla