AZ

“Tülkülər” qayıdıb

İngiltərə Premyer Liqasına yüksələn komandalardan biri bəlli olub.

İdman.biz xəbər verir ki, “Lester” bir ildən sonra yüksək dəstəyə qayıdıb.

“Tülkülər” Çempionşipdə ilk iki yerdən birini təmin edib. Buna “Lids”in KPR-ə 0:4 hesabı ilə uduzması səbəb olub.

Qeyd edək ki, Çempionşipin lideri olan “Lester”i yalnız “İpsviç” keçə bilər. “Tülkülər” aprelin 29-da “Preston”a qalib gəlsə, 1-ci yeri də təmin edəcək. “İpsviç” bu gün xal itirsə də, çempionluq şansı bitəcək.

İdman.biz

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla