AZ

Bioloji Təbabət İnteraktiv Müalicə Mərkəzinin həkimləri beynəlxalq konqresdə iştirak etdi - FOTO

a Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə aprelin 25-27-də Bakıda XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi, həmçinin XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi təşkil olunub.
Beynəlxalq tədbir nazirliyin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları assosiasiyalarının (TASL) birgə təşkilatçılığı ilə keçirilir. Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri ilə yanaşı, 31 ölkədən (Türkiyə Respublikası, Rusiya Federasiyası Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Pakistan, Niderland, İspaniya və s.) ixtisaslaşmış elm və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri iştirak edirlər.
Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və beynəlxalq konqresin Azərbaycanda 8-ci dəfə təşkil olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, üç gün davam edəcək beynəlxalq tədbirdə dünyanın bir çox ölkələrinin aparıcı mütəxəssisləri tərəfindən qastroentrologiya və cərrahiyyənin müxtəlif sahələrini əks etdirən, müasir problemləri əhatə edən mühazirələrin geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. “Əminəm ki, beynəlxalq konqres qastroenterologiya və hepatoqastroenterologiya sahəsində eksperimental və klinik araşdırmalarda ən son nailiyyətlərlə tanış olmaq imkanı yaradacaq, eyni zamanda beynəlxalq elmi əməkdaşlığının möhkəmlənməsinə öz töhfəsini verəcək”, - deyə nazir müavini fikrini tamamlayıb.

Qeyd edək ki, Konqresdə Bioloji Təbabət İnteraktiv Müalicə Mərkəzinin həkimləri - endoskopist Aygün Vəliyeva və qastroenteroloq-hepatoloq Nuranə Quliyeva iştirak edib. Müalicə Mərkəzinin həkimləri  tez- tez həm ölkəmizdə, həm də xaricdə təşkil olunan belə tədbirlərə  qatılmaqla öz sahələrinə aid  nəzəri biliklərini daha da təkmilləşdirirlər. Beynəlxalq miqyaslı belə konfranslar yerli həkimlərə əcnəbi həmkarları ilə təcrübələrini bölüşmək imkanı verir. Tibbin müxtəlif sahələrinə aid konfrans, simpozium və seminarların keçirilməsi  dünya səhiyyəsinin ən son yenilikləri ilə tanış olmaq  baxımından da əhəmiyyətlidir.      

Saglamolun.Az





Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla