AZ

Dopinq-testi müsbət nəticə verən üzgüçülər Olimpiadaya buraxılıb!

Almaniyanın ARD telekanalının araşdırmasına görə, Çinin aparıcı üzgüçüləri, o cümlədən Çjan Yuyfey, Van Şun və Sin Xayyan dopinq-testinin müsbət nəticə verməsinə baxmayaraq, Tokioda keçirilən Olimpiada-2020-yə buraxılıb.

Telekanalın təhqiqatı nəticəsində aydın olub ki, 2021-ci ilin yanvarında Çinin 23 güləşçisinin dopinq-testi müsbət nəticə verib. Onların orqanizmində yasaq trimetazidin preparatı aşkarlanıb. Daxili təhqiqat zamanı aydın olib ki, trimetazidinin izləri idmançıların yarışlar zamanı qaldığı otelin mətbəxində aşkarlanıb. VADA bu izahatı qəbil edib və idmançıları Olimpiya Oyunlarında iştirakdan uzaqlaşdırmağı lazım bilməyib.

Xatırladaq ki, Tokio Olimpiadası koronavirus pandemiyası üzündən 2020-də yox, 2021-də keçirilib. ABŞ 113 (39 qızıl, 41 gümüş, 33 bürünc) medalla komanda hesabında qələbəni bayram edib. Çin yığması 88 (38, 32, 18) medalla 2-ci yeri tutub.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla