AZ

Keyn 250 min avro bonus ala bilər

"Bavariya" hücumçusu Harri Keynə 250 min avro bonus ödəyə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Bunun üçün ingilis forvard mövsümün sonuna kimi daha bir qol vurmalıdır.

Tərəflər arasında mövsümün əvvəlində imzalanan müqavilədə 40-dan çox qol vuracağı halda, onun 250 min avro əlavə bonus alacağı bənd var. Keynin aktivində 40 qol var və bir dəfə də fərqlənsə, bonusu qazanacaq.
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla