AZ

İri emitent ölkələr üçün karbon tullantılarının qiymətləri üzrə əlavə razılaşma vacibdir - BVF

Bakı. Trend:

İri emitent ölkələr üçün karbon tullantılarına qiymətqoyma üzrəəlavə razılaşma vacibdir.

Bu barədə Trend-ə Beynəlxalq Valyuta Fondundakı (BVF) mənbədənbildiriblər.

"İqlim siyasətinin makroiqtisadi siyasətlə kəsişdiyi hər yerdəBVF daima köməklik göstərməyə hazırdır. Vergi-büdcə, maliyyə vəmakroiqtisadi siyasətin müvafiq siyasi cavab tədbirlərinin mühümtərkib hissəsi olduğu iştirakçı ölkələrimizə iqlim problemlərinihəll etməkdə, o cümlədən aşağı karbonlu və dayanıqlı artımimkanlarından ən yaxşı necə istifadə etməklə bağlı köməklikgöstəririk", - deyə mənbə vurğulayıb.

Fond səmərəli iqlim siyasətini müəyyən edərək həyata keçirməküçün siyasi məsləhətləşmələr və potensialın inkişafına dəstəkverməklə makrodayanıqlılığı dəstəkləyir, eləcə də daha həssasölkələrdə problemlərin həlli üçün uzunmüddətli kredit ayırır.

"Yeni kredit vasitəmiz olan Dayanıqlılıq və Dayanıqlı İnkişafFondu (RST) vasitəsilə BVF zəif və həssas orta gəlir səviyyəsinəmalik ölkələrə iqlim problemlərinin həlli üçün uzunmüddətli maliyyəayırır. RSF fond qəbul edən ölkələrə özəl iqlimmaliyyələşdirməsinin cəlb edilmə variantlarını öyrənməkdə köməketmək üçün həmçinin çoxtərəfli inkişaf bankları, beynəlxalq maliyyətəsisatları, ikitərəfli donorlar və özəl investorları cəlb edir", -deyə mənbə qeyd edib.

BVF daha geniş üzvlər çevrəsi üçün iqlim prizmasını öz iqtisadinəzarətinə əlavə edir.

"Makroiqtisadi və maliyyə siyasəti "yaşıl" iqtisadiyyata keçidinmühüm komponentidir. Bu, beynəlxalq əməkdaşlığın əhəmiyyətinivurğulayır. Bu cür əməkdaşlıq iki səviyyədə vacibdir: birincisi,beynəlxalq maliyyə təsisatları, tənzimləyici orqanlar vəstandartları tərtib edənlər arasında birgə siyasət və qaydalarınhazırlanması, informasiyanın və taksonomiyanın açılması üçün,ikincisi çoxtərəfli inkişaf bankları, donorlar və özəl sektorarasında iqlim maliyyələşdirməsinin genişləndirilməsinə imkanyaradacaq risk bölgüsü mexanizmlərinin hazırlanması üçün.İqlimimizi stabilləşdirməyə nail olmasaq, bütün ölkələr əziyyətçəkəcək, bu səbəbdən hər bir ölkə öz töhfəsini verməlidir. Nə qədərtəxirə salsaq, xərclər bir o qədər artacaq və gələcək nəsillər üçünnəticələr bir o qədər pis olacaq", - deyə mənbə bildirib.

BVF-in fikrincə, karbon tullantılarına qiymətqoyma yaxşıdüşünülmüş siyasətin ayrılmaz tərkib hissəsi olmalı və dövləttərəfindən investisiya dəstəyi, eləcə də yığımlar, tənzimləmə vəticarət oluna bilən səmərəlilik standartları kimi sahə üzrəsiyasətlə tamamlanmalıdır.

"Vergi stimulları həmçinin, daha geniş tullantı mənbələri, ocümlədən metan, meşə təsərrüfatı və kənd təsərrüfatı üçün vacibdir.Bütün dünyada karbon tullantları üçün qiymətqoyma tendensiyasıartmaqdadır, hərçən ölkələr arasında əhatə və qiymətgöstəricilərində böyük fərqlər mövcuddur. Karbon tullantılarınaqiymətqoyma təqribən 50 ölkədə mövcuddur. Qlobal miqyasda əhatə 10il bundan əvvəlki təqribən 10 faizlə müqayisədə hazırdatullantıların təqribən 25 faizini təşkil edir. Lakin istərdik ki,bu proses əhəmiyyətli dərəcədə sürətlənsin, bunun üçün isə əsastullantı mənbələri arasında əlavə saziş tələb olunur", - deyə mənbəbildirib.

BVF bununla əlaqədar olaraq artıq bir neçə ildir ki, ölkələrəkarbon tullantıları qiymətlərinin beynəlxalq minimal səviyyəsibarədə razılığa gəlməyi tövsiyə edir, bu Paris sazişinitamamlayacaq.

"Hətta buraya altı əsas emitent ölkədən (Kanada, Çin, Avropaİttifaqı, Hindistan, Böyük Britaniya, ABŞ) ibarət ölkələrin kiçikqrupu daxil olsa idi, bu reallaşdırmadakı boşluğun böyük birhissəsini doldura bilərdi. Qiymətqoymanın daha az mümkün olduğuölkələr üçün tullantıların ekvivalent azaldılmasını təmin edənalternativ siyasət tətbiq etmək mümkün olardı. Bu həmçinin digərölkələrin analoji vasitələr qəbul etməsi üçün çox güclü siqnalrolunu oynaya bilər.

Qiymətlərin minimal səviyyəsi barədə saziş kimi siyasətinbeynəlxalq koordinasiya mexanizminin nə zaman yarana biləcəyi,burada kimin iştirak edəcəyi və onun hansı formanı alacağına dairproqnozlar spekulyativdir", - deyə mənbə sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla