Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanarəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına təkanverəcək
Azərbaycanla Qırğızıstan arasında münasibətlər tarixindərinliklərinə gedib çıxır. Azərbaycan və qırğızxalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıqəlaqələri mövcud olub. Orta Asiyanın bu dövləti iləAzərbaycan arasında münasibətlər əsasən XX əsrinəvvəllərindən inkişaf etməyə başlayıb. İki ölkəninmöhkəm təməllər üzərində qurulan münasibətləriyüksələn xətlə inkişaf edir. Aprelin 24-25 tarixlərindəQırğız Respublikasının Prezidenti Sadır JaparovunAzərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafınatəkan verəcək. Bunu Prezident İlham ƏliyevləPrezident Sadır Japarovun keçirdikləri məhdud vəgeniş tərkibdə görüşlərdən, imzalanan sənədlərdəndaha aydın görmək olur. Prezident İlham Əliyev 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti SadırJaparovun Azərbaycana rəsmi səfəri ilə əlaqədarmətbuata verdiyi bəyanatda bildirib ki, qarşılıqlıfəaliyyətimizin gündəliyi kifayət qədər genişdir: “Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizinmöhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması vəbütün istiqamətlər üzrə əməkdaşlığa dair praktikimüstəvidə özünü aydın şəkildə göstərəcək”. İki dövlətarasında bütün sahələrdə praktiki əməkdaşlıq üçüngeniş imkanlar mövcuddur. Bu, ondan irəli gəlir ki, Azərbaycan və Qırğızıstanın münasibətləri möhkəmbünövrə üzərində qurulub və strateji tərəfdaşlığaəsaslanır. Prezidentlərin görüşlərdə əməkdaşlığın birçox mühüm məsələlərini müzakirə etmələri perspektivəməkdaşlığın daha da güclənəcəyinə əsas verir. Əlbəttəki, Dövlətlərarası Şuranın iclası çərçivəsindəmüzakirələrin davam etdirilməsi bu fəaliyyəti daha da sürətləndirəcək.
Bu gün qeyd etmək lazımdır ki, QırğızRespublikasında 20 minə yaxın azərbaycanlı yaşayırki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgünedilən repressiya qurbanlarının ailə üzvləridir.Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oşşəhərlərində və ətraf rayonlarda yığcam haldaməskunlaşıblar. Xatırladaq ki, repressiyanın ilk zamanları ağır iş şəraiti, aclıq və soyuq hava şəraitinədözməyən yüzlərlə soydaşımız vəfat edirdi. Yerliəhalinin dəstəyi və yerli şəraitə çətinliklə adaptasiyaolmaları azərbaycanlıların tamamilə məhvinin qarşısınalıb.
II Dünya müharibəsindən sonra Qırğızıstanazərbaycanlıları onlara qarşı olan sərt qanunlarabaxmayaraq, elm və təhsil almaq üçün ölkənin aliməktəblərinə daxil olurdular. Bunun sayəsindəQırğızıstanda Azərbaycan diasporunun ziyalı təbəqəsiyarandı. Müəllim, zootexnik-veteranlar, mühəndis, həkim və digər peşələr üzrə təhsil alan soydaşlarımızöz sahələri üzrə burada tanınmış şəxslər olublar.
Zamanla Qırğızıstanda yaşayan soydaşlarımızın ölkəictimai-siyasi, mədəni həyatında da rolu artmağabaşlayıb. Onlar partiyalarda təmsil olunur, parlamentseçkilərinə qatılırlar. Bişkek başda olmaqla digərşəhərlərə köçməyə başlayan soydaşlarımız öz milliadət-ənənələrini qoruyub saxlamaqla onu tətbliğetməyə başlayıblar. Rus, qırğız və digər xalqlardanolan qızlarla nigaha girən azərbaycanlılar özövladlarını həm qırğız, həm də azərbaycanlı milliruhunda böyütməyə çalışıblar. Burada öz millibayramların daim təmtəraqla qeyd edən azərbaycanlılarmilli mətbəximizi qırğızlara uğurla təbliğ edirlər.Qırğızıstanın dövlət idarəçilik orqanlarında da çalışansoydaşlarımız öz yerlilərinə köməklik göstərməyəçalışırlar. Onların arasında Qırğızıstan XalqlarıAssambleyası nəzdində “AZƏRİ” İctimai Birliyininsədri, Əməkdar hüquqşünas, I dərəcəli Ədliyyəmüşaviri Əzizağa Əliyev, Əməkdar mühəndis ƏsədHəsənov, Əməktar nəqliyyatçı Tahar Quliyev, Əməkdar həkim Mirkazım Bəşirov, “AZƏRİ” İctimaiBirliyi sədrinin müavini Sultan Qasımov, Əməkdarnəqliyyat işçisi Əli İsgəndərov, polis polkovniki QiyasXəlilov və s. var.
Azərbaycanda da qırğız ictmai xadimləri sevilir. 2008-ci il böyük mütəfəkkir və yazıçı Çingiz AytmatovunAzərbaycanın ən yüksək mükafatı, “Dostluq” ordeni ilə təltif olunub. Bu mükafat Prezident İlham Əliyevtərəfindən Ç.Aytımatova təqdim edilib. Yerigəlmişkən, 24 aprel tarixində Bakıda görkəmli qırğızyazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimiolub. Prezident İlham Əliyev mərasimdəki çıxışındadeyib ki, bu gün Qırğızıstan ilə Azərbaycan arasındaqardaşlıq münasibətləri tarixində əlamətdar gündür: “Bu gün qırğız xalqının böyük oğlu ÇingizAytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin dahabir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətliyazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həmdə dünya miqyasında öz xalqını layiqincə təmsil etmişqırğız xalqının böyük oğludur”. İki ölkə arasındakıəlaqələr dostluq xarakteri daşıyır. QırğızRespublkasının Prezidenti Sadır Japarovun işğaldanazad olunan ərazilərə səfəri, həmçinin bu qardaş dövləttərəfindən Ağdamda orta məktəbin tikilməsi dostluqmünasibətlərinin əyani göstəricisidir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu