AZ

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Avropa

Bakı, 27 aprel, AZƏRTAC

Qadın şahmatçılar arasında Avropa çempionatında yeddinci turun görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, bu raund Azərbaycan təmsilçilərinin dueli ilə yadda qalıb. Turnirdə məğlubiyyətsiz irəliləyən Ülviyyə Fətəliyeva Gövhər Beydullayevaya qalib gəlib - 1:0.

Hazırda aktivində 6,5 xalı olan Ü. Fətəliyeva liderdir. Gövhər Beydullayeva isə 5,5 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan şahmatçıları yeddinci turda ümumilikdə 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla