AZ

İş yerlərində sağlam həyat tərzini təbliğ edən tədbirlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən iş yerlərində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a İSİM-dən verilib.

 

Ellab Diaqnostika Mərkəzi, “Yeni Çağ” Media Qrupu, Avtosfer.az saytı, “Azerbaycan Coca-Cola Bottlers” MMC və digər qurumlarda keçirilən tədbirlərin məqsədi sağlamlığın qorunması, xəstəliklərin əsas risk amilləri barədə əhali arasında məlumatlılığın artırılması olub. 

 

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev tədbirlərdə geniş təqdimatlarla çıxış ediblər. Səhiyyə işçiləri tərəfindən paytaxtda və regionlarda əhalinin sıx olduğu məkanlarda, o cümlədən iş yerlərində silsilə maarifləndirmə tədbirləri təşkil edildiyi, zərərli vərdişlərin yalnız sağlamlığa deyil, həm də inkişafa, fəaliyyətə, yaradıcılığa, ətraf mühitə mənfi təsir göstərdiyi vurğulanıb.

 

İştirakçılara sağlamlığa məsuliyyətlə yanaşmaq, hər gün fiziki aktivliyə vaxt ayırmaq, iş yerlərində sağlam qidalanmaq və gigiyena qaydalarına riayət etmək tövsiyə olunub, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirmə materialları paylanılıb.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla