AZ

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Azərbaycan

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycanın yeniyetmə taekvondoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunun ilk günündə uğurla çıxış ediblər.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kiloqram) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kiloqram) və Çingiz Həsənov (53 kiloqram) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kiloqram), Gülnar Rəsulzadə (47 kiloqram) və Sərxan Talıbzadə (65 kiloqram) isə bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, Prezident Kubokuna aprelin 28-də yekun vurulacaq.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla