AZ

Hansı deputatlarımız kənddə yaşayır...

Azərbaycan parlamentində 115 deputat təmsil olunur. Parlamentarilər ixtisasca müxtəlif peşələrə sahibdirlər. Belə ki, onların çoxunun iqtisadçı, həkim, müəllim və digər peşələri var.

 

Dünya təcrübəsində də belədir. Amma bununla bərabər digər ölkələrin parlamentlərində təmsil olunan deputatlar arasında kənd təsərrüfatı ilə məşğul olanlar da az deyil. Statistikaya nəzər salsaq, bəzi ölkələrin parlamentariləri məclisdə təmsil olunmamışdan əvvəl də fermer, əkinçi olaraq fəaliyyət göstəriblər. Ona görə də dünya parlamentariləri arasında kənddə yaşayanlar az deyil.

 

Bəs Azərbaycanda Milli Məclisdə təmsil olunan deputatlar arasında kənddə yaşayanlar varmı?

 

Milli Məclisin deputatlarının əksəriyyəti hesab edir ki, onların bir çox işi şəhərdə olduğu üçün kənddə yaşamaları mümkün deyil.

 

Bizim əlaqə saxladığımız parlamentarilərin heç biri isə hazırda kənndə yaşamır.

 

68 saylı Cəlilabad kənd seçki dairəsindən seçilən deputat Elman Nəsirov Modern.az-a bildirib ki, orta məktəbi bitirənə qədər kənddə yaşayıb.

 

"Universitetə qəbul olduqdan sonra isə şəhərə köçmüşəm, hazırda da şəhərdə yaşayıram. Amma seçicilərimlə görüşlər zamanı, onların problemlərini həll etmək üçün kənddə səfər edirəm”, - o qeyd edib 

 

Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov da kənddə yaşamadığını bildirib:

 

“Mən kənddə anadan olmuşam. Amma hazırda Bakıda yaşayıram. Buna baxmayaraq kəndimizlə çox sıx əlaqəm var. Qohumlarımın çox oradadır.Onları görmək üçün tez-tez səfərlər edirəm”.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla