AZ

Qərbdən ETİRAF – “Türkiyə NATO-nun ikinci böyük gücüdür, ona ehtiyacımız var”

“NATO-nun cənub qanadının Türkiyə və onun rəhbərliyinə ehtiyacı var”.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın baş naziri Mark Rutte prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, Türkiyə regionda həlledici rol oynayır: 

“Eyni zamanda Qəzzada vəziyyətin nizamlanması üçün səylər göstərir. Ankara Ukraynadakı dəhşətli müharibənin dayandırılması üçün də addımlar atır. Bu baxımdan, Türkiyə geosiyasi oyunçudur. Türkiyənin bölgədə böyük təsiri var”.

NATO-nun baş katibi vəzifəsinə namizədliyinin müzakirə edildiyini bildirən Rutte əlavə edib:

“Türkiyə NATO-da çox mühüm müttəfiqdir. Türkiyə ABŞ-dan sonra NATO-nun ikinci ən böyük hərbi qüvvəsini təmsil edir. Türkiyə mürəkkəb bölgədə, çətin qonşuları olan coğrafi mövqedə yerləşən bir ölkədir. Təəssüf ki, terrorizm onun gündəmindədir”.

Görüşdə terrorla mübarizənin də müzakirə edildiyini qeyd edən Rutte vurğulayıb: 

“Bütün regionun sabitliyi və ümumi transatlantik əlaqələr baxımından NATO-nun cənub qanadının Türkiyəyə ehtiyacı var, onun Türkiyə rəhbərliyinə ehtiyacı var”.

Bizim.Media

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla