AZ

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Bakı, 27 aprel, AZƏRTAC

“Şəki” komandası iki basketbolçusu ilə yollarını ayıracaq.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi ABŞ-dan olan oyunçular – Simeus Vebster və Vanya Kinqlə vidalaşacaq.

Müqavilələri başa çatan hər iki basketbolçu aprelin 28-də “NTD-İndiqo” ilə keçiriləcək görüşdən sonra komandanı tərk edəcək.

Qeyd edək ki, müntəzəm mövsümdə keçirdiyi 17 matçda cəmi 1 qələbə qazanan “Şəki” hazırda 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla